Главная > Cəmiyyət / Manset > Mətanət İsgəndərli koronavirusa yoluxdu: Vəziyyəti ağırdır
Mətanət İsgəndərli koronavirusa yoluxdu: Vəziyyəti ağırdır3-05-2021, 17:00. Разместил: azadses |
Əməkdar artist Mətanət İsgəndərli və oğlu Kərim koronavirusa yoluxub. Bu barədə “Qafqazinfo”ya sənətçinin keçmiş gəlini Aynur Həmidova (Canan) məlumat verib. Onun sözlərinə görə, beş gün əvvəl M.İsgəndərli və eks-ərində COVID-19 aşkarlanıb: “Beş gün əvvəl yoluxublar. Əvvəl evdə müalicə alırdılar. Dünən Mətanət xanımın halı pisləşdi. Bronxlarında problem var, boğulmalar baş verir. Kərimlə əlaqə saxladım, mənə dedi ki, təcili tibbi yardım çağıraraq xəstəxanaya aparıblar. Dodaqları göyərib, vəziyyəti ağırdır, reanimasiyaya yerləşdirilib. Kərimin isə hərarəti 39-a çatır, o da xəstəxanadadır”. Вернуться назад |