Главная > Cəmiyyət > Bu gün 12 mindən çox şagird buraxılış imtahanı verəcək
Bu gün 12 mindən çox şagird buraxılış imtahanı verəcək29-04-2021, 18:00. Разместил: azadses |
Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, imtahanda 12 818 şagirdin iştirakı nəzərdə tutulur. İmtahan respublikanın 10 şəhər və rayonunda (Naxçıvan MR-də, Bərdə, Göyçay, Göygöl, Lerik, Qusar, Sabirabad, Şəmkir rayonlarında, Şəki şəhərində, həmçinin Bakı şəhərinin xüsusi ümumtəhsil müəssisələrində – internat məktəblərində, xüsusi axşam-qiyabi orta məktəblərdə, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə, Çilov adasında yerləşən məktəbdə, ingilis və ya fransız dilli məktəblərdə) təşkil olunur. İmtahan saat 11:00-da başlanır. Prosesin təşkil edilməsi üçün ümumilikdə 69 imtahan binası, 1 024 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 69 ümumi imtahan rəhbəri, 166 imtahan rəhbəri, 1 271 nəzarətçi–müəllim, 116 buraxılışı təşkil edən əməkdaş (mühafizə), 69 bina nümayəndəsi ayrılıb. Вернуться назад |