Главная > Cəmiyyət > Məktəbəhazırlıq qruplarına qəbul nə vaxt keçiriləcək? - AÇIQLAMA

Məktəbəhazırlıq qruplarına qəbul nə vaxt keçiriləcək? - AÇIQLAMA


26-04-2021, 18:00. Разместил: azadses
“2021-2022-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbulun iyun-iyul aylarında olması planlaşdırılır”.
Oxu.Az-ın məlumatına görə, Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini Orxan Abbasov birinci sinfə qəbulla bağlı keçirilən onlayn brifinqdə bildirib.
O bildirib ki, pandemiya şəraiti və digər proseslərlə bağlı vaxt dəyişə bilər:
“Fəaliyyət planı üzrə dəqiq qrafik müəyyən olunduqda ictimaiyyətə açıqlanacaq”.
İlhamə Əbülfət

Вернуться назад