Главная > Cəmiyyət > Əlilliyi olan şəxslərin vaksinasiya prosesi necə aparılır? - AÇIQLAMA

Əlilliyi olan şəxslərin vaksinasiya prosesi necə aparılır? - AÇIQLAMA


24-04-2021, 18:00. Разместил: azadses
Sosial şəbəkələrdə əlilliyi olan şəxslərin yeni növ koronavirusa (COVID-19) qarşı vaksinasiya prosesinin evdə və ya yaşadıqları ərazi üzrə poliklinikada yerinə yetirilməsi müzakirə edilib.
Məsələ barədə Bakı Baş Səhiyyə İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ölkə üzrə peyvəndləməyə start verilən gündən əlilliyi olan şəxslərin siyahısı ərazi üzrə poliklinikalara təqdim edilib:
“Əksəriyyət artıq peyvənd olunub. Həmin şəxslər və ya yaxın adamı ərazi üzrə poliklinika, yaxud sahə həkimi ilə əlaqə saxlayır. Poliklinikadan da təcili tibbi yardıma məlumat verilir. 
Sahə həkimi peyvəndi xüsusi soyuducuya yerləşdirərək təcili tibbi yardım briqadası ilə birlikdə qeyd olunan ünvana gedir”.
İlhamə Əbülfət

Вернуться назад