Главная > Cəmiyyət / Manset > Hacıqabulda avtomobillər toqquşdu, xəsarət alan var

Hacıqabulda avtomobillər toqquşdu, xəsarət alan var


18-04-2021, 13:43. Разместил: azadses
Hacıqabul rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
“Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax yolunun rayonun Padar-Çöl kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı minik maşını Gəncə istiqamətində hərəkətdə olarkən arxadan gələn eyni markalı avtomobil ona çırpılıb. Hadisə nəticəsində bir nəfər - Yevlax rayon sakini, 24 yaşlı Yunusov Arzuman Musa oğlu müxtəlif xəsarətlər alıb. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Fakla bağlı araşdırma aparılır.

Вернуться назад