Главная > Cəmiyyət / Manset > Rəmişin həyat yoldaşı yalan danışıb - FOTOFAKT
Rəmişin həyat yoldaşı yalan danışıb - FOTOFAKT6-04-2021, 17:00. Разместил: azadses |
Mərhum Xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynovun (Rəmiş) arvadı Gülü Hüseynova bu gün jurnalistlərə özünün və həyat yoldaşının koronavirusa yoluxmadığı ilə bağlı açıqlama verib. Lent.az Xalq artistinin və həyat yoldaşının koronavirusa yoluxmasına dair rəsmi faktlar əldə edib. Bakı Sağlamlıq Mərkəzindən verilən məlumata görə, onların koronavirusa yoluxmuş Gülü Hüseynovanı məcburi xəstəxanaya cəlb etmək səlahiyyətləri yoxdur. “Gülü Hüseynova koronavirus xəstəsidir və onun insanlar üçün təhlükəli olması barədə TƏBİB-ə məlumat verilib. Məlumatda COVID-19 xəstəsinin xəstəxananı tərk etdiyi bildirilib. Həm bizim xəstəxanada, həm də TƏBİB-in klinikalarında Xalq artistinin və həyat yoldaşının koronavirus testi müsbət çıxıb. Hər ikisi COVID-19 xəstəsi olub və xəstəxananın müvafiq bölməsinə yerləşdiriliblər”. Mərkəzdən həmçinin bildirilib ki, Rafiq Hüseynov vəfat edən zaman xanımına xəstəxananı tərk etməməsi ilə bağlı məlumat verilib: “Həmin an Xalq artistinin həyat yoldaşı sərt reaksiya verərək xəstəxana rəsmilərini dinləmədən buranı tərk etdi. Klinik olaraq Gülü xanım ağır koronavirus xəstəsi deyil. Lakin buna baxmayaraq, təcili şəkildə aidiyyəti qurumlara, TƏBİB-ə xəbər verdik ki, koronaviruslu şəxs xəstəxananı tərk edib”. Bakı Sağlamlıq Mərkəzindən o da bildirilib ki, mart ayının 27-də Rafiq Hüseynov və Gülü Hüseynovadan Bakı Sağlamlıq Mərkəzində yaxmalar və analiz götürülüb. Cavab isə müsbət çıxıb: “Biz daha dəqiq nəticə əldə etmək üçün martın 29 və aprelin 3-də götürülən yaxma və analizi TƏBİB-in “Yeni klinika”sına göndərdik. Cavab yenidən müsbət çıxdı”. Вернуться назад |