Главная > Cəmiyyət / Manset > Sürücülərin DİQQƏTİNƏ: Paytaxtın bəzi yollarında sürət həddi endirildi

Sürücülərin DİQQƏTİNƏ: Paytaxtın bəzi yollarında sürət həddi endirildi


3-04-2021, 16:00. Разместил: azadses
Yağışlı hava şəraiti ilə əlaqədar bəzi yollarda sürət həddi endirilib.
Bu barədə Oxu.Az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Bildirilib ki, hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti - Hava Limanı - Bilgəh və Zığ dairəsi - Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saata endirilib.
Sürət həddinin endirilməsində məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Вернуться назад