Главная > Cəmiyyət > Direktorların işə qəbulu imtahanına sənəd verən müəllimdən Təhsil Nazirliyinin qərarına etiraz
Direktorların işə qəbulu imtahanına sənəd verən müəllimdən Təhsil Nazirliyinin qərarına etiraz15-03-2021, 18:46. Разместил: azadses |
Mən Nağıyev Müşfiq, Hacıqabul rayonunda tarix müəllimi işləyirəm. Direktorluq üçün verdiyim sənəd qəbulu üzrə 06 mart 2021-ci il tarixdə saat 16:00-da Şirvan şəhərində direktorluğa imtahana getməli idim, lakin maddi çətinlik ucbatından imtahana gedə bilmədim. Elə həmin günü Təhsil Nazirliyi saat 16:00-da olan direktorların işə qəbulu imtahanının texniki problemlər üzündən ləğv edildiyini bildirdi və onu da bildirdi ki imtahan növbəti günlərdə yenidən təşkil ediləcək. Bu gün mənim şəxsi səhifəmə gəlib ki siz 6 mart imtahanında iştirak etmədiyiniz üçün ləğv olunmuş imtahan əvəzinə yenidən təşkil olunacaq imtahanda iştirak edə bilməzsiniz. Buna etiraz edirəm. Çünki imtahana getməməklə texniki problem səbəbilə imtahanların ləğv edilməsi nəticə etibarilə eynidir, çünki heç kəs, yəni imtahana gedən də, getməyən də onsuzda imtahanda iştirak edə bilmədi və texniki problemlərə görə imtahanlar ləğv edilərək növbəti tarixə keçiridi. Mənim Təhsil Nazirliyindən istəyim budur ki ləğv edilmiş imtahan əvəzinə 19 martda yenidən keçiriləcək direktorların işə qəbul imtahanında mənim iştirakımı təmin etsin Вернуться назад |