Главная > Cəmiyyət > Könüllü ailələr tənha ahılları tək qoymurlar
Könüllü ailələr tənha ahılları tək qoymurlar14-03-2021, 09:34. Разместил: azadses |
Son dövrdə tez-tez səslənən “Biz birlikdə güclüyük” ifadəsi geniş məna yükünə malikdir. Həqiqətən də, güc – birlikdədir... Birgə atılan addım möhkəm, birgə görülən iş uğurlu olur. İctimai təşkilatların dövlət qurumları ilə əməkdaşlığı və nəticədə müştərək layihələrin icrası dövlətin sosial və humanitar siyasətinin davamlı şəkildə gerçəkləşməsinə xidmət etməklə yanaşı, vətəndaş cəmiyyətinin möhkəmlənməsi və inkişafı üçün münbit şərait yaradır. Milli birliyin, qayğıkeşlik və xeyirxahlığın təcəssümü olan Novruz bayramı ərəfəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Ahıllara və Tənhalara Dəstək” İctimay Birliyi ilə birqə “Ailə könüllüləri” layihəsi çərçıvəsində xeyriyyə tədbiri keçirmişdir. Komitənin ətrafında birləşən könüllü ailələr İctimai Birliyin himayəsində olan ahıl və tənhalara baş çəkmiş, onları bayram sovqatları ilə sevindirmiş, məişət problemlərinin həllində və təsərrüfat işlərində yardımçı olmuşlar. Bakı şəhərinin Nizami rayonunda Nagıyevlər ailəsi Zeynəb Novruzovanı, Gədəbəy rayonunda Axundovlar ailəsi Bahar Quliyevanı, Qazax rayonunda Məmmədovlar ailəsi Kamran Əliyevi, Biləsuvar rayonunda Əzizalılar ailəsi Yeqanə Abdalovanı ziyarət etmiş, ahıl yaşlı tənhalara mənəvi və maddi dayaq olmuşlar. Könüllü ailələrin tənha ahıllara diqqət və qayğısını əks etdirən birgə xeyriyyə tədbiri paytaxtda və bölgələrdə davam etməkdədir. Вернуться назад |