Главная > Cəmiyyət / Manset > Qurultaydan sonra YAP üçün yeni dövr başlayıb
Qurultaydan sonra YAP üçün yeni dövr başlayıb12-03-2021, 11:36. Разместил: azadses |
“Yeni Azərbaycan Partiyası yarandığı gündən irəli sürülən “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” şüarını layiqincə doğruldub. Artıq 10 ildir ki, partiyanın üzvüyəm. Çox xoşbəxtəm ki, təmsil olunduğum partiya xalq arasında böyük nüfuza sahib olmaqla iqtidarda olan partiyadır. Sevindirici haldır ki, partiyamızın fəaliyyət prinsipləri, idarəçilik mexanizmləri, ildən ilə təkmilləşdirilir və daha effektiv iş ortaya qoyulur. Deyərdim ki, Yeni Azərbaycan Partiyası təsis ediləndən qarşısına qoyduğu məqsədlərə çox yüksək sürətlə və düzgün ardıcıllıqla çatır.” Bu fikirləri “Azad Səs”ə açıqlamasında YAP üzvü, Vətən müharibəsi Qazisi Hüseyn Qurbanov söyləyib. Dəyişikliklər xalqın rifahının yaxşılaşmasına, idarəçiliyin daha da şəffaflaşmasına xidmət edir Həmsöhbətimiz bildirdi ki, bu günlərdə keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayı da təsdiqləd ki, Azərbaycan yeni bir dövrə qədəm qoyub. Bu qurultayın keçirilməsi də partiyamız üçün yeni dövrün başlamasından xəbər verir. Məlumdur ki, ölkəmizin ictimai-siyasi həyatında çox ciddi dəyişikliklər baş verir. Hər bir dəyişiklik birmənalı olaraq xalqın rifahının yaxşılaşdırılmasına, idarəçiliyin daha da şəffaflaşdırılmasına xidmət edir: “Ümumiyyətlə bir haşiyəyə çıxaraq deyərdim ki, problemsiz ölkə yoxdur. Hər bir ölkədə müxtəlif səbəblərdən dolayı neqativ hallar olur. Cənab Prezident İlham Əliyev də çıxışları zamanı problemləri xalqın diqqətinə çatdırır. Yəni, Prezident özü problemləri qeyd edir və onların həlli üçün operativ işlər görülür. Həyata keçirilən islahatlar nəticəsində ölkəmizdə nə qədər müsbətə doğru dəyişikliklər olub". YAP Gənclər Birliyinin fəaliyyətini və qurultayın nəticələrini yüksək qiymətləndirirəm H. Qurbanov əlavə etdi ki, Yeni Azərbaycan Partiyasının son qurultayında qəbul edilən qərarlar partiyanın inkişafı baxımından əhəmiyyətli dəyişikliklərdir: "Ölkəmizdə istər partiya səviyyəsində, istərsə də digər struktur bölmələr üzrə dövlət tərəfindən gəncləşmə siyasəti aparılır. Artıq bir çox yüksək vəzifələrə cənab Prezidentin sərəncamına uyğun olaraq gənc kadrlar təyin edilir. YAP-ın VII qurultayında İdarə Heyətinin tərkibində edilən dəyişikliklər də gənclərə xüsusi yer ayrıldığını təsdiqləyir. Buna İdarə Heyətinə üzv olan gənc deputatları misal göstərmək olar. Artıq xeyli zamandır ki, Yeni Azərbaycan Partiyası Gənclər Birliyi də öz fəaliyyətini uğurla davam etdirir. Bir gənc olaraq istər YAP Gənclər Birliyinin fəaliyyətini, istərsə də YAP-ın VII qurultayının nəticələrini yüksək qiymətləndirirəm". Azərbaycanı işıqlı gələcək gözləyir Həmsöhbətimiz vurğulayıb ki, qurultayda qəbul edilən qərarlar müasir, yüksək rifahlı Azərbaycanın qurulmasına xidmət edir: “Yeni qərarlara əsasən, YAP İdarə Heyəti üzvlərinin sayının 20-dən 40-a çatdırılması partiyanın idarəçiliyində daha çox fikir mübadiləsinin, daha çox təklifin formalaşmasına gətirib çıxaracaq. Bu da özlüyündə Yeni Azərbaycan Partiyasının gücünü artıracaq, mövqeyini möhkəmləndirəcək. Əslində, üzvü olduğum partiyanın gücü son qurultayda bir daha sübut olundu. Yeni Azərbaycan Partiyasının sıralarına 6 partiya qoşuldu. Bu ondan xəbər verir ki, Yeni Azərbaycan Partiyası iqtidarda olan partiya kimi nümunəvi fəaliyyət göstərir və həqiqətən xalqa ləyaqətlə xidmət edir. Bu gün Azərbaycan beynəlxalq aləmdə mükəmməl imicə sahibdir. Dövlətimiz bütün dünyada qalib dövlət, Prezidentimiz qalib Sərkərdə, xalqımız isə həmrəy xalq kimi tanınır. Vətən müharibəsində əldə edilən qələbə ilə Azərbaycan yeni reallıq yaradıb. Qarabağı münaqişəsini həll edən dövlətimiz bundan sonra bütün sahələr üzrə daha da inkişaf edəcək. Ölkə başçısı bütün sahələr kimi YAP-da da islahatlar həyata keçirir. Qənaətimə görə, Azərbaycanı çox işıqlı gələcək gözləyir. Yeni Azərbaycan Partiyasının qurultayında qəbul edilən qərarlar da bu məqsədə xidmət edir". Birlik, həmrəylik olan yerdə hər zaman inkişaf, şəffaflıq və qələbə var! Hüseyn Qurbanov fikirlərini təşəkkürlə yekunlaşdırdı: “Bu gün bu müsahibəni verə bilirimsə, buna görə ilk öncə Allaha, daha sonra ölkə rəhbərinə və torpaqlarımızın geri qayıtması uğrunda canından keçən şəhid və qazilərimizə minnətdaram. Azərbaycanda sabitlik olmasaydı nə intensiv şəkildə islahatlar aparıla bilərdi, nə qurultay keçirilə bilərdi, nə də bir gənc olaraq mən bu müsbət hadisələr haqqında öz təəsüratlarımı bölüşə bilərdim. Bütün xalqımız, gənclərimiz həmişə bir yumruq kimi vahid amal uğrunda cənab Prezidentin ətrafında birləşməliyik. Birlik, həmrəylik olan yerdə hər zaman inkişaf, şəffaflıq və qələbə var!” Вернуться назад |