Главная > Cəmiyyət / Manset > Şəkərli diabetə səbəb olan amillər AÇIQLANDI
Şəkərli diabetə səbəb olan amillər AÇIQLANDI9-03-2021, 17:00. Разместил: azadses |
Bu barədə Səhiyyə Nazirliyinin baş endokrinoloqu Babək Salek Qənnadi məlumat verib. Həkimin sözlərinə görə, insulin ifraz edən betta hüceyrələrin zədələnməsi də şəkər xəstələyi yarada bilər: “Belə ki, beta hüceyrələrin zədələnməsi ilə pankreatit, mədəaltı vəz xərçəngi və daxili sekresiya vəzilərinin xəstəlikləri, eləcə də virus infeksiyalarına aid olan qızılca, su çiçəyi, qrip, epidemik hepatit və digər xəstəliklər, sinir sisteminin gərginliyi, stres şəkərli diabetin əmələ gəlmə səbəblərinə daxildir”. Diabetin ilkin göstəriciləri isə ağızda quruluq, susuzluqla xarakterizə olunur: “İnsan sidiyə tez-tez getməyə (xüsusən gecələr) başlayır. Kəskin çəki itirmə, bəzən səbəbsiz çəkinin artması, bulanıq görmə, ayaqlarda keylik, ağrılar, dəridə quruluq, qaşınma, yorğunluq, halsızlıq şəkərli diabetin əlamətləri sırasındadır”. Вернуться назад |