Главная > Cəmiyyət > Moldovada Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı tədbir keçirilib - FOTO

Moldovada Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı tədbir keçirilib - FOTO


26-02-2021, 14:30. Разместил: azadses
Azərbaycanın səfirliyi Moldovadakı Azərbaycanlılar Konqresi (MAK) ilə birgə paytaxt Kişinyovda Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı anım tədbiri keçirib.
Moldovada tətbiq edilən karantin qaydalarının tələblərinə uyğun təşkil edilən tədbir Xocalı qətliamına həsr edilmiş qısametrajlı sənədli filmin nümayişi ilə başlayıb.
Tədbirdə Moldova parlamentinin Demokratiya Partiyası fraksiyasının sədri Dmitri Dyakov, Sosialistlər Partiyasının deputatları Odnostalko Vladimir və Nikita Çurkan, Moldovanın Effektiv Siyasət İnstitutunun direktoru, tarix elmləri doktoru, politoloq Vitali Andriyevski, Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin əməkdaşları, Moldovada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, habelə Bolqarıstanın səfiri, Türkiyə, Macarıstan, Rusiya, Ukrayna, Belarus səfirliklərinin diplomatları, ölkədə yaşayan türk, yəhudi, gürcü və digər icmaların nümayəndələri, azərbaycanlı və yerli tələbələr, eləcə də Moldova KİV-in bir sıra təmsilçiləri iştirak ediblər.


Вернуться назад