Главная > Cəmiyyət > Karantin zamanı biznes: Brendinizin onlayn mağazasını qısa zamanda açın!
Karantin zamanı biznes: Brendinizin onlayn mağazasını qısa zamanda açın!1-04-2020, 12:52. Разместил: azadses |
“Cubics” şirkəti COVID-19 pandemiyası dövründə şirkət sahibkarlarını virusun yayılması risklərini minimuma endirməklə onlayn satış istiqamətində inkişaf vektorunu çevirməyə çağırır. “Brandonline” şirkətinin işlənib hazırlanmış texnologiyası əsasında şirkət sadə və funksional internet-mağazaların asanlıqla yaradılmasına və işə salınmasına imkan verir. Xəbər portalları Nazirlər Kabineti yanında əməliyyat qərargahına istinad edərək bildirirlər ki, karantin dövründə hər bir şəxs və təşkilat elektron ticarətdən istifadəyə üstünlük verməlidir. Bu isə bazarda olan vəziyyəti əhəmiyyətli dərəcədə dəyişir və əksər biznes növlərinin sürətli şəkildə adaptasiyanı tələb edir. “Cubics” komandası biznesə dəyən zərərləri qarşılamaq məqsədilə onlayn satış üçün bir vasitə təklif edərək, sahibkarları dəstəkləmək niyyətindədir. Sahibkarlar “Brandonline” texnologiyasına əsaslanan bir onlayn mağaza yaratmaq, həmin mağazaya malları haqqında məlumatları və digər lazımi mətnləri əlavə etməklə çox qısa müddətdə öz domen adları ilə işləyə biləcəklər. Xidmət paketinə, həmçinin, Android və İOS əməliyyat sistemləri əsasında mobil təcihazlar üçün adaptiv tətbiq şəklində zəruri əlavə də daxildir. Platforma bir sıra əlavə üstünlüklərə malikdir: - Üç dildə olan sadə və rahat interfeys; - Push və SMS bildirişləri vasitəsilə reklam kampaniyaları haqqında məlumatın göndərilməsi; - Mallar kataloqu, alış-veriş səbəti və ödəniş sistemi daxil olmaqla, vebsaytın və mobil tətbiqin strukturu; - Onlayn ödəniş imkanı. Özünüzü və yaxınlarınızı qoruyun, bütün təhlükəsizlik qaydalarına riayət edin və Brandonline ilə gündəmdə qalın! Brandonline texnologiyası haqqında daha ətraflı məlumatı www.brandonline.az vebsaytında və ya (+994 12) 480 15 74 telefon nömrəsinə zəng edərək əldə edə bilərsiniz. Вернуться назад |