Главная > Cəmiyyət > İtaliyalı jurnalist: “Xocalı faciəsinin səbəbkarları cəzalandırılmalıdır”
İtaliyalı jurnalist: “Xocalı faciəsinin səbəbkarları cəzalandırılmalıdır”25-02-2021, 21:03. Разместил: azadses |
İtaliyanın “ElectoMagazine” onlayn qəzetində Enrico Tosellinin müəllifliyi ilə “Xocalı qırğınından 29 il sonra, azərbaycanlılar ədalət istəyir” başlıqlı Xocalı soyqırımından bəhs edən məqalə dərc edilib. Bu barədə Azərbaycanın İtaliyadaki səfirliyi məlumat yayıb. Bildirilib ki, müəllif 1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə Ermənistan ordusu tərəfindən Azərbaycanın Xocalı şəhərində 63 uşaq, 106 qadın və 70 qoca olmaqla 613 mülki azərbaycanlıya qarşı amansız qətliam törədilmiş Xocalı faciəsinin hər il anıldığını, sözügedən qətliamı törədənlərin hələ də cəzasız qaldığını bildirib. Вернуться назад |