Главная > Cəmiyyət > Boston şəhəri 26 fevral tarixini Xocalı qətliamının 29-cu ildönümü günü elan edib - FOTO
Boston şəhəri 26 fevral tarixini Xocalı qətliamının 29-cu ildönümü günü elan edib - FOTO25-02-2021, 16:45. Разместил: azadses |
ABŞ-ın Massaçusets ştatının Boston şəhərinin meriyası Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar proklamasiya dərc edib. Şəhərin meri Martin Ualş tərəfindən imzalanan proklamasiyada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə sovet ordusunun 366-cı alayının dəstəyi ilə erməni silahlı qüvvələrinin dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi qırğın nəticəsində 613 günahsız vətəndaşın, o cümlədən 106 qadının, 83 uşağın və 70 ahıl vətəndaşın öldürülməsindən danışılır. Qeyd olunur ki, səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Bundan başqa, 487 dinc sakin ağır yaralanıb, 1 275 nəfər girov götürülüb. Sənəddə qeyd edilir ki, “Human Rights Watch” hüquq-müdafiə təşkilatının əlindəki dəlillərə əsasən, Xocalı soyqırımı 1990-cı illərin ən böyük qətliamıdır. Xocalı qətliamının Amerikanın 20 ştatı tərəfindən tanındığı qeyd olunur. Xocalı hadisələrinin dəhşətli itkilərdən xəbər verdiyi, habelə bütün dünyada insanların bir-birini daha yaxşı başa düşməsinin və onların tolerantlığının vacib olduğunu göstərdiyi üçün mer Martin Ualş 2021-ci il fevralın 26-nı Boston şəhərində Xocalı qırğınının 29-cu ildönümü günü elan edib. Sənəd Massaçusets ştatında yerləşən Yeni İngiltərənin Azərbaycan Mərkəzinə təqdim olunub. Qeyd edək ki, hazırda ABŞ Azərbaycanlıları Şəbəkəsi Amerika ictimaiyyətinin Xocalı qətliamı haqqında məlumatlandırma kampaniyasını keçirir. Вернуться назад |