Главная > Cəmiyyət > “Azərkəndtikinti” və “Mingəçevir Qum Çınqıl”ın dövlətə məxsus səhmləri özəlləşdirilib
“Azərkəndtikinti” və “Mingəçevir Qum Çınqıl”ın dövlətə məxsus səhmləri özəlləşdirilib25-02-2021, 15:48. Разместил: azadses |
Komitədən verilən məlumata əsasən, hərracda dörd dövlət əmlakı özəlləşdirilib. Özəlləşdirilən kiçik dövlət müəssisə və obyektləri Beyləqan rayonu və Siyəzən şəhərində yerləşir. Hərracda, həmçinin “Azərkəndtikinti” və “Mingəçevir Qum Çınqıl” səhmdar cəmiyyətlərinin dövlətə məxsus səhm paketləri də özəlləşdirilib. Məlumatda bildirilib ki, hərraclarda hər kəsin sərbəst iştirakı təmin edilir. İştirak etmək istəyən şəxslər üçün seçdikləri dövlət əmlakı üzrə elektron sifariş verməklə yanaşı, hərraclara onlayn qoşulmaq imkanı da yaradılıb. Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də elektron resurslardan istifadə etməklə hərracları qeydiyyatsız formada izləyə bilərlər. Вернуться назад |