Главная > Cəmiyyət / Manset > Azərbaycanda neçə nəfər vaksinin ikinci dozasını vurdurub? - AÇIQLAMA

Azərbaycanda neçə nəfər vaksinin ikinci dozasını vurdurub? - AÇIQLAMA


25-02-2021, 13:36. Разместил: azadses
Fevralın 23-nə olan məlumata əsasən, ölkə üzrə 207 mindən artıq vətəndaş vaksinasiya olunub.
Nazirlər Kabinetindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, 207 mindən artıq vətəndaş COVID-19-a qarşı 1-ci doza, 35 mindən artıq vətəndaş isə 2-ci doza peyvəndi qəbul edib.
İndiyə qədər ölkəyə 1 milyon 63 min doza vaksin gətirilib.
Qeyd edək ki, yaşı 65-dən yuxarı vətəndaşlardan 1-ci doza peyvəndi qəbul edənlərin sayı 75 762 nəfər, 2-ci doza peyvəndi qəbul edənlərin sayı 1 312 nəfər olub.
50-64 yaşlarında olan vətəndaşlardan 1-ci doza peyvəndi qəbul edənlərin sayı 90 950 nəfər, 2-ci doza qəbul edənlərin sayı 14 638 nəfər olub.


Вернуться назад