Главная > Cəmiyyət > Ölkədə interneti də şaxta vurdu – Açıqlama
Ölkədə interneti də şaxta vurdu – Açıqlama24-02-2021, 16:36. Разместил: azadses |
Qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar Sumqayıt və Bakıda internetin sürətinin zəiflədiyi, bəzi ərazilərdə isə ümumiyyətlə şəbəkənin olmaması barədə məlumatlar paylaşılır. ''Azad Səs'' Axar.az-a istinadən xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirib ki, internetin sürətinin zəifləməsi və ya şəbəkənin itməsi barədə vətəndaşlar tərəfindən kütləvi müraciətlərin daxil olmayıb: “Məlumat üçün bildirək ki, fərdi qaydada texniki nasazlığın baş verməsi halları mümkündür. Bu hallarda da abunəçilərin müraciəti əsasında internet xidmətində və telefon xətlərində yaranan texniki nasazlıqlar nazirliyin müvafiq qurumları tərəfindən dərhal nəzarətə götürülərək aradan qaldırılır". Qeyd edək ki, Bakı və Sumqayıtda fəaliyyət göstərən bir çox provayderlərdə internetin sürətində problem yaranıb. Sürətin zəifləməsi “Bakinternet”lə bərabər, SNTV, KATV və bir çox bu kimi provayderlərdə də qeydə alınıb. Вернуться назад |