Главная > Cəmiyyət > Deputat Operativ Qərargaha səsləndi: “Metro açılsın!“
Deputat Operativ Qərargaha səsləndi: “Metro açılsın!“23-02-2021, 14:30. Разместил: azadses |
Milli Məclisin bugünkü iclasında deputat Jalə Əhmədova ictimai nəqliyyatdakı sıxlıq, metronun fəaliyyətinin bərpası və son zamanlar baş verən intihar hadisələrinə münasibət bildirib. ''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, deputat 2020-ci ilin əvvəlindən bütün dünyanı bürüyən koronavirusla mübarizə tədbirlərinin, dünya ölkələri ilə yanaşı, Azərbaycanda da davam etdiyini deyib: "Ölkəmizdə virusa yoluxmanın təsirlərini azaltmaq məqsədilə Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın verdiyi qərarların vətəndaşlarımızın mənafeyinə hesablandığını, məhz dövlət başçımızın vaxtında qəbul etdiyi qərarların nəticəsində ölkəmizdə yoluxma hallarının minimuma endiyini qeyd etməliyəm. Yoluxmanın azalması ilə ölkəmizdə tətbiq edilmiş xüsusi karantin rejimi də mərhələli şəkildə, getdikcə yumşaldılır. Lakin bu yumşalma fonunda insanları yenə də ən çox narahat edən məsələ ictimai nəqliyyat, daha doğrusu metrosuzluqdur. Doğrudur, xəttə beynəlxalq standartlara uyğun ən müasir avtobuslar buraxılıb və vətəndaşlarımız bunu yüksək dəyərləndirir. Amma bu avtobuslar sərnişin sıxlığının qarşısının alınmasında acizdir. Avtobuslar, həm də vaxt itkisi deməkdir. Məsələn, vətəndaş işə gəlmək üçün “Neftçilər” deyilən ərazidən “Elmlər Akademiyası” tərəfə gəlmək üçün 2 saat vaxt itirir. Eynilə də işdən evə qayıdan zaman. Hesab edirəm ki, metropoliten fəaliyyətini bərpa edərsə, bu problemlər aradan qalxacaq və insanlarımız mənzil başına çatmaq üçün nə saatlarla vaxt sərf edəcək, nə də sərnişin sıxlığı yaşayacaq". Вернуться назад |