Главная > Cəmiyyət / Manset > Bakıda daha bir məktəb koronavirusa görə BAĞLANDI

Bakıda daha bir məktəb koronavirusa görə BAĞLANDI


23-02-2021, 09:05. Разместил: azadses
Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlanıb.

''Azad Səs'' xəbər verir ki, Respublika İncəsənət Gimnaziyasında 8 müəllim və bir neçə şagirdin COVİD testi müsbət çıxıb. Bu səbəbdən məktəbdə əyani tədris prosesi müvəqqəti olaraq dayandırılıb.

Məktəbin fəaliyyəti 14 günlük müddətinə təxirə salınıb və dərslərin distant formada tədris olunması qərara alınıb.

Qeyd edək ki, bundan əvvəl Nərimanov rayonundakı 82 nömrəli məktəb də eyni səbəbdən iki həftəlik bağlanıb. (APA)

Вернуться назад