Главная > Cəmiyyət > Partiya sədri: "Azərbaycan sülhməramlılarla bağlı Rusiyaya müraciət etməli, Arutyunyan həbs olunmalıdır"
Partiya sədri: "Azərbaycan sülhməramlılarla bağlı Rusiyaya müraciət etməli, Arutyunyan həbs olunmalıdır"22-02-2021, 13:30. Разместил: azadses |
“Rus sülhməramlılarının minlərlə günahsız azərbaycanlının qətliamına səbəb olan “Miatsum” hərəkatının 33 illiyində iştirak etməsi ilə bağlı Azərbaycan tərəfi Rusiya rəhbərliyinə müraciət etməlidir”. Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə deyib. Partiya sədri vurğulayıb ki, Azərbaycan tərəfi həmişəki kimi Rusiya rəhbərliyinə müraciət edərək bildirməlidir ki, bu addım onların statusu ilə uyğunlaşmır: "Araik Arutyunyan mütləq tapılıb həbs edilməlidir". Qeyd: Ötən gün Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında sərbəst fəaliyyət göstərən erməni separatçıları 1988-ci il 20 fevralda başlayan və bölgəni müharibəyə soxan, minlərlə günahsız azərbaycanlının qətliamına səbəb olan “Miatsum” hərəkatının 33 illiyini qeyd ediblər. Qondarma və keçmiş “dqr”in qondarma lideri Araik Arutyunyanın “prezident” kimi başçılıq etdiyi mərasimdə rus sülhməramlıları da iştirak ediblər. Вернуться назад |