Главная > Cəmiyyət > Bakı-Quba yolunun ödənişli hissəsinin istifadəyə veriləcəyi tarix AÇIQLANDI

Bakı-Quba yolunun ödənişli hissəsinin istifadəyə veriləcəyi tarix AÇIQLANDI


22-02-2021, 11:37. Разместил: azadses
“2022-ci ilin may ayına qədər Bakı-Quba yolunun ödənişli hissəsi istifadəyə veriləcək”.
''Azad Səs'' Oxu.Az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) idarə heyətinin sədri Saleh Məmmədov 2020-ci ildə yerinə yetirilmiş işlər və qarşıdan duran vəzifələrə həsr olunan brifinqdə deyib. 
O bildirib ki, bu, ilk beton yoldur və onun təmiri mərhələli şəkildə aparılıb:
“Artıq bu yolun bir hissəsinin təmiri başa çatdırılıb. Bakı-Quba yolunun 150 km-lik ödənişli istifadə üçün nəzərdə tutulan hissəsinin bu ilin sonuna qədər tamamlanması mümkün olmayacaq. Həmin hissənin 2022-ci ilin may ayına qədər təhvil verilməsi gözlənilir”.

Вернуться назад