Главная > Cəmiyyət > Yeni dairə istifadəyə veriləcək - Saleh Məmmədov AÇIQLADI
Yeni dairə istifadəyə veriləcək - Saleh Məmmədov AÇIQLADI22-02-2021, 11:30. Разместил: azadses |
2020-ci ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tıxacları aradan qaldırmaq üçün Bakıdakı “20 Yanvar dairəsi”ni yenidən qurub. ''Azad Səs'' Unikal.org-a istinadən xəbər verir ki, bunu qurumun sədri Saleh Məmmədov “2020-ci ildə yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələr" mövzusunda brifinqdə bildirib. “Bu işlərin tərkib hissəsi kimi “20 Yanvar dairəsi”ndə yeni piyada keçidi istifadəyə verilib. Bundan əlavə, ötən il Bakı-Sumqayıt yolu genişləndirilib. İlk dəfə bu istiqamətdə asma körpü istifadəyə verilib. Bu il isə Bakı-Şamaxı yolunda “Coca-Cola dairəsi”ni istifadəyə verəcəyik”, - deyə o, əlavə edib. Вернуться назад |