Главная > Cəmiyyət / Manset > Tarix İnstitutu məlumat yaydı: Təəssüf hissi doğurur...
Tarix İnstitutu məlumat yaydı: Təəssüf hissi doğurur...21-02-2021, 11:00. Разместил: azadses |
“Bəzi kütləvi informasiya vasitələrinin, xüsusilə bir sıra saytların “Kütləvi informasiya vasitələri haqqında” qanunun tələblərinə zidd olaraq, birtərəfli qaydada institutda keçirilməsi nəzərdə tutulan kompleks struktur dəyişiklikləri haqqında təklifləri qəsdən siyasiləşdirməsi, reallığı əks etdirməyən uydurma məlumatlar yayması, sistemli və məqsədyönlü şəkildə qaralama kampaniyası təşkil etməsi təəssüf hissi doğurur”. ''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix institutunun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, Tarix institutunda həyata keçirilməsi nəzərdə tutulan struktur dəyişiklikləri haqqında təkliflər üzrə rəsmi qərar qəbul edildikdən sonra, bu barədə geniş ictimaiyyətə ətraflı məlumat veriləcək və kütləvi informasiya vasitələrinin hər bir sualı istisnasız olaraq cavablandırılacaq. Вернуться назад |