Главная > Cəmiyyət > Koronovirusla mübarizəyə Dəstək Olmaq istəyən Dərman Firmasına əngəl yaradırlar.

Koronovirusla mübarizəyə Dəstək Olmaq istəyən Dərman Firmasına əngəl yaradırlar.


29-03-2020, 11:54. Разместил: azadses
Bu günlərdə dünya ölkələri koronovirus pandemiyası ilə çox  ciddi mübarizə aparır.On minlərlə insan təlafatına səbəb olan virusun Azərbaycanda da yayılması dövlət səviyyəsində bir sıra mühüm tədbirlərin görülməsi ilə nəticələndi.Vətəndaşların sağlamlığının qorunması,yaranmış çətinliklərin aradan  qaldırılması,yeni  tibbi avadanlıq və ləvazimatların ,dərmanların  alınması məqsədilə koronovirusla mübarizəyə dəstək fondu belə yaradıldı.Prezident də daxil olmaqla adi vətəndaşa kimi hər kəs az da olsa əllərindən gələni əsirgəmirlər.Ölkənin bu çətin sınaq qarşısında  mübarizə apardığı bir vaxtda  kanalımıza daxil olan növbəti şikayət də  elə tibbi ləvazimatlar və dərmanlar haqqındadır.Səsləndirilən iddialar çox  ciddidir. Söhbət milyonlarla manat dəyərində ,bu gün Azərbaycan əhalisinin ehtiyacı olan tibbi ləvazimatların  göz görə-görə  məhv olmasından gedir.Məsələyə bir qədər aydınlıq gətirək.Aeterna farm mmc nin səlaiyyətli nümayəndəsi …….. kanalımıza müraciət edərək  bildiridi ki,şirkətlərinə məxsus ,Azərbaycana gətirilmiş,gövlət rüsumları ödənilmiş və bütün tibbi  standartlara cavab verən on minlərlə dərman pereparatları Dövlət  Gömrük Komitəsinin İstintaq idarəsində qanunsuz olaraq saxlanılır və nə şirkətə,nə də istifadə üçün əhaliyə verilmir.Arterna farmın nümayəndəsinin iddialarına görə şirkətin anbarından  götürülən 2 milyonluq  mal komitə tərəfindən qeyri qanuni olaraq və heç bir əsas göstərilmədən saxlanılır.Məlumata görə dərmanların sənədləri qaydasındaır,qeydiyyatdan keçirilib,hətda dövlət rüsumu belə ödənilib.Ama nədənsə komitənin etdiyi bu özbaşınalığa dur deyən yoxdur  deyə ….. bildirir.Artıq 5-6 aydır ki uzanan,heç bir səbəb və əsas göstərilmədən saxlanılan ləvazimatlardan 4 adda dərmanın istifadə müddəti bitib və şirkətə 110 min dəyərində maddi ziyan dəyib.Şirkət rəsmisinin sözlərinə görə dəfələrlə istər yazılı,istərsə də şifahi şəkildə komitəyə mövcud problemlə bağlı müraciət  edilsə də heç bir nəticə yoxdur.Saxlanılan məhsullar içərisində dezinfektorların,3 mindən çox qoruyucu masqaların da olduğunu deyən ……. bildirir ki malları geri qaytarıb rəsmi surətdə  pulsuz olaraq  dövlətin tibb müəsisələrinin istifadəsinə vermək istədikləri fikri ilə növbəti dəfə  də gömrük komitəsinə müraciət tmələrinə baxmayaraq  problem elə olduğu kimi qalıb.Yəni anlayacağınız ölkədə virusla mübarizənin aparıldığı bir vaxtda,sözügedən pereparatlara hava və su kimi ehtiyacın olduğu zamanda minlərlə ləvazimat komitənin istintaq idarəsinin anbarında saxlanılır.Eyni zamanda oynaq xəstəliklərinin müalicəsində istifadə olunan,ölkə apteklərində çətin tapılan,hətda tapılmayan alfultop adlı dərmanların da 14.500 ədədi anbarlarda saxlanılır,yəqin ki ,onların da digər dərmanlar kimi istifadə müddətinin bitməsini gözləyirlər.Halbuki qısa bir araşdırma aparsaq,görərik ki ölkədə bu dərman pereparatına hal-hazırda nə qədər ehtiyac var.Amma çox təəssüf ki gömrük komitəsinin rəhbərliyi heç bir mühüm olan  məlumatı  diqqətə almayaraq  sahibkara,eyni zamanda ehtiyacı olan əhaliyə maddi və mənəvi ziyan vurmağa davam edir deyə Aeterna MMcin nümayəndəsi iddia edir.
Ölkədə koronovirusla bağlı aparılan mübarizə ərəfəsində  dövlətə baöışlanacaq  dərman və qeyri dərman  pereparatlarının  gömrük komitəsinin  istintaq və əməliyyat  baş idarəsi tərəfindən əsassız olaraq saxlanılması,əlavə dəyər vrgisi  ödənildiyi halda  dərmanların istifadə müddətnin keçməsinə səbəb olan qanun pozuntularının  baş verməsi sadəcə təssuf hissi doğurur.5-6 ay ərzində sahibkara dəyən 110 min manatın ödənilməməsi bir yana ,qalan digər tibbi ləvazimatların  bundan sonrakı taleyinin necə olacağına aydınlıq gətirməyən komitə,şirkətin vəkilləri tərəfindən onlara ünvanlanan müraciətlərə cavab verməməklə  qanunları bir daha pour deyə Aeterna farm-ın nümayəndəsi…. ….. qeyd edir.

Onu da vurğulayaq ki,şirkətin dirktor və nümayəndələri ölkə başçısına da müraciət ünvanlayaraq komitə tərəfindən qanunsuz olaraq  saxlanılan malların Azərbycan xalqnın koronovirus bəlasından qorunması çərçivəsində istifadə olunmasına göstəriş  verməsini xahiş ediblər.
Ümid edirik ki problem tezliklə  qanun çərçivəsində ö həllini tapacaq.Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.Məsələ diqqətimizdədir.Mövzuya yenidən qayıdacağıq…
Вернуться назад