Главная > Cəmiyyət / Manset > Daha iki şəhid övladına hesab açılacaq- FOTO

Daha iki şəhid övladına hesab açılacaq- FOTO


20-02-2021, 16:42. Разместил: azadses
Daha iki şəhidimizin yeni doğulan övladlarının zəruri xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb.
Fonddan bildirilib ki, şəhidimiz Elşad Məmmədovun övladı Elşadın və şəhidimiz Emin Ağazadənin övladı Emiliyanın analarına 1000 manat təqdim olunub və körpələrin adına 5000 manatlıq hesab açılacaq. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür.
Bu məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və həmin şəhid övladı 16 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək.
Qeyd edək ki, müqaviləyə əsasən bəzi zəruri hallarda ana həmin vəsaiti daha tez çıxara biləcək. Həmçinin ana həmin məbləği istənilən valyutaya da dəyişə bilər.
Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.
Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau
Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.
(Oxu.az)

Вернуться назад