Главная > Cəmiyyət > Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ


19-02-2021, 16:32. Разместил: azadses
Bakıda və Abşeron yarımadasında fevralın 20-si gündüzdən 21-i gündüzədək arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.
 
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, 15-18 m/s, yarımadanın bəzi yerlərində arabir 20 m/s-dək güclənəcək.
 
Azərbaycanın rayonlarında fevralın 20-si səhərdən 21-i gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.
 
Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənilir.

Вернуться назад