Главная > Cəmiyyət > Metro ilə bağlı AÇIQLAMA - Əgər fəaliyyətə başlasa...

Metro ilə bağlı AÇIQLAMA - Əgər fəaliyyətə başlasa...


19-02-2021, 16:17. Разместил: azadses
Metronun açılması artıq qaçılmazdır. Metronun uzun müddət bağlı qalması ictimai nəqliyyatda gərginlik yaradır.

''Azad Səs'' Sonxeber.az-a istinadən xəbər verir ki, bunu Trend-ə nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib.
Ekspertin sözlərinə görə, metro işləmədiyindən şəxsi minik avtomobillərindən, taksilərdən istifadə də maksimum səviyyəyə qalxıb, bu da yollarda tıxacı daha da artırır:

"Metronun işi sərnişin avtobuslarının üzərinə düşüb, ona görə də marşrutlarda sıxlıq yaranıb. Əgər metro fəaliyyətə başlasa, avtobusların da yükü azalacaq".


Вернуться назад