Главная > Cəmiyyət > İşıq pulundan sonra bu xidmətlərə də 1 manat tutulacaq? - "MilliÖN"-dən AÇIQLAMA

İşıq pulundan sonra bu xidmətlərə də 1 manat tutulacaq? - "MilliÖN"-dən AÇIQLAMA


18-02-2021, 14:21. Разместил: azadses
Son dövrlər Bakının müxtəlif ərazilərində yerləşdirilən "MilliÖN" terminallarının işləməməsi istifadəçilər arasında narazılıqlara yol açıb.

Narazılıqlara səbəb olan iddialar arasında bəzi sosial xidmət və dövlət ödənişləri üçün əlavə kommisiya haqlarının nəzərdə tutulması da var.

Şirkətin müştəri xidmətləri bölməsinin rəhbəri Ülviyyə Əfəndiyeva Redaktor.az-a açıqlamasında iddiaların əsassız olduğunu vurğulayıb:

"Bizə məlumat xarakterli müraciətlər daxil olsa da, bununla bağlı şikayət gəlməyib. "MilliÖN" aparatlarının söndürülmə səbəbi texniki səbəblərdən qaynaqlana bilir. Vətəndaşların rahatlığı üçün biz daima öz kiosklarımızda yeniliklər edirik və bu yaxınlarda yeni layihələrimiz reallaşdırılacaq, amma hansısa xidmətdə yeni kommisiyaların tutulması ilə bağlı iddiaların əsası yoxdur".


Вернуться назад