Главная > Cəmiyyət > Pərvin Məmmədova yeni vəzifəyə təyin olunub - "BUNDAN SONRA..."

Pərvin Məmmədova yeni vəzifəyə təyin olunub - "BUNDAN SONRA..."


18-02-2021, 12:33. Разместил: azadses
"Nəqliyyatda 8 il! Bütün rəhbərlərimə təşəkkür etmək istəyirəm. Çünki mən bu sahədə böyüdüm, çox şey öyrəndim",

''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, bu sözləri Bakı Beynəlxalq Avtovağzal Kompleksi Mətbuat katibi Pərvin Məmmədova öz "Facebook" statusunda qeyd edib.

Odlar Yurdu Universitetinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin olunan Pərvin Məmmədova 2018-ci ildən bəri işlədiyi qurumla yollarını ayırdığını bildirib:

"Hər birinizə dost münasibətiniz, sıx əməkdaşlığınız üçün çox təşəkkür edirəm. Ümid edirəm ki, aramızda anlaşılmazlıq olmayıb. Ünvanladığınız sorğulara, müraciətlərə əlimdən gəldiyi qədər tez münasibət bildirməyə çalışmışam. Buna ən böyük səbəb isə mediaya dost, bütün məsələlərə diqqətlə yanaşan və müsbət həllinə çalışan rəhbərlə çalışmağım olub. Əməyinə dəyər verilməsi möhtəşəm hissdir.

Dostlar,  heç nə bitmir, yolumuz uzundur. Əməkdaşlığımıza qaldığımız yerdən davam edəcəyik. 

Bundan sonra fəaliyyətimə Odlar Yurdu Universitetinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri kimi davam edəcəyəm. Təhsilin həyatımızda, məqsədlərimizə gedən yolda rolu əvəzsizdir. Bu yolda az da olsa qatqım olacaqsa, nə gözəl. Mənə göstərdikləri etimad çox dəyərlidir. Fəaliyyət göstərəcəyim müddətdə bu etimadı doğrultmağa və əlimdən gəldiyi qədər faydalı olmağa çalışacağam".

Вернуться назад