Главная > Cəmiyyət > Nazirlikdən vətəndaşlara MÜRACİƏT

Nazirlikdən vətəndaşlara MÜRACİƏT


18-02-2021, 12:05. Разместил: azadses
“Dünyada yayılmış koronavirusun (COVID-19) ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən profilaktik tədbirlər çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (NRYTN) bir sıra əlavə zəruri tədbirlər həyata keçirilir”.
''Azad Səs'' Unikal.org-a istinadən xəbər verir ki, bu barədə Nazirliyin vətəndaşlara müraciətində bildirilir.
"Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən NRYTN-də vətəndaşların fiziki olaraq qrup və fərdi qəbulları təxirə salınır. Vətəndaşların müraciətlərinin fasiləsiz qəbulu elektron poçt ünvanı: [email protected] və telefon nömrəsi +99412 5983818 (məsul şəxslər Rauf Rzayev və Rəna Hacıyeva, İctimaiyyətlə əlaqələr və vətəndaş qəbulu şöbəsinin əməkdaşları) vasitəsilə həyata keçiriləcək”, - deyə müraciətdə qeyd olunub.


Вернуться назад