Главная > Cəmiyyət > Dövlət xidmətindən süni qiymət artımı ilə bağlı məsələyə REAKSİYA

Dövlət xidmətindən süni qiymət artımı ilə bağlı məsələyə REAKSİYA


17-02-2021, 15:43. Разместил: azadses
Dövlət xidmətinin apardığı təhlillərin nəticəsi kimi qiymətlərin süni artırılması ilə bağlı qanun pozuntusu aşkar edilməyib.
''Azad Səs'' Oxu.az-a istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli 2020-ci ilin yekunlarına həsr olunan konfransda deyib.
Dövlət xidmətinin rəis müavini benzin və dizel yanacağının bahalaşmasının ərzaq məhsulları qiymətlərinə təsiri il bağlı sualları cavablandırarkən bildirib ki, azad iqtisadiyyat sisteminin formalaşdığı mühitdə qiymətlər tələb və təklif əsasında formalaşır:
“Tarif Şurası tərəfindən tənzimlənən qiymətlər istisna olmaqla digər əsas ərzaq məhsullarında qiymətlər tələb və təklif əsasında formalaşır. Bu məhsulların tənzimlənməsi qanunvericilikdə nəzərdə tutulmayıb. Xidmət kimi biz bu fəaliyyətin aparılmasını düzgün bilmirik.
Bizim monitorinqlərin aparılmasının məqsədi bazarda azad rəqabət şəraitində mövcud olan qiymətlərin monitorinqidir. Məqsəd hər hansı antiinhisar qanunvericiliyinin pozulmasına yönəlmiş sövdələşmə əlamətlərinin aşkarlanmasından ibarətdir”.
Onun sözlərinə görə, əsas istehlak mallarının qiymətinin gündəlik monitorinqi aparılır. Eləcə də, pandemiya dövründə də süni qiymət artımının qarşısının alınması məqsədilə dərman istehsalçıları və idxalçıları ilə görüşlər keçirilib.
Məmməd Abbasbəyli qeyd edib ki, süni qiymət artımı ilə əlaqədar 30 aptekdə yoxlama həyata keçirilib və 25 aptekdən toplanmış faktlar məhkəmələrə göndərilib.
“Burada həqiqətən də pozuntular olub. Aşkarladığımız 25 iş üzrə məhkəmə orqanlarına sənədlər göndərilib”.


Вернуться назад