Главная > Cəmiyyət > Məşhur professora vəzifə verildi - FOTO

Məşhur professora vəzifə verildi - FOTO


17-02-2021, 07:57. Разместил: azadses
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutuna icraçı direktor təyinatı olub.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bu vəzifəyə tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhrəmov təyin olunub.
 
O, bu təyinatadək institutun elmi işlər üzrə direktor müavini olub.
 
1959-cu il təvəllüdlü C.Bəhrəmov 1982-ci ildən institutda çalışır.
 
Qeyd: ötən ay Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov vəzifəsindən azad edilib və institutun baş direktoru vəzifəsinə tarix üzrə elmlər doktoru, professor Kərim Şükürov təyinat alıb.
 
Xatırlatma: Bir müddət əvvəl AMEA-nın nizamnaməsində dəyişiklər edilib. Yeni struktur dəyişikliyinə əsasən, akademiyanın institutlarında baş direktor və icraçı direktor vəzifəsi təsis edilib.


 

Вернуться назад