Главная > Cəmiyyət > “Metro mütləq açılmalıdır”

“Metro mütləq açılmalıdır”


16-02-2021, 12:41. Разместил: azadses
“Uzun müddətdir Bakıda avtomobil idarə edirəm. Bütün məktəblər, bağçalar, universitetlər, kolleclər və iş yerləri tam şəkildə açıq olanda, şəhərdə belə tıxac olmurdu. Tıxac olurdu, amma müəyyən vaxtlarda, yəni pik saatlarda.  İndi universitet yoxdur, məktəblər qismən açılıb və hərəkət əslində əvvəlkindən azdır. Deməli, tıxacı azaldan Metro imiş. Bəli, Metro azı gün ərzində 600 min sərnişin daşıyır”.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bunu ekspert Kamran Əsədov deyib.
 
K.Əsədov bildirib ki, hazırda hər kəs haqlı olaraq yoluxma hallarının artmasından narahatdır: “Amma belə avtobusda əlbəttə ki, artar. Metro mütləq açılmalıdır. Ola bilsin ki, ora qapalı məkandır və havalandırma sistemi zəifdir. Nə qədər pis olsa da, avtobuslardan yaxşıdır».

Вернуться назад