Главная > Cəmiyyət > TƏBİB-dən vaksinlə bağlı MÜHÜM AÇIQLAMA: minimum 1 ildir
TƏBİB-dən vaksinlə bağlı MÜHÜM AÇIQLAMA: minimum 1 ildir15-02-2021, 08:33. Разместил: azadses |
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirusa qarşı vaksinin effektivliyi və insanda yaratdığı immunitetin müddəti ilə bağlı açıqlama verib. ''Azad Səs'' xəbər verir ki, TƏBİB-dən bildirilib ki, Türkiyədə aparılan tədqiqatların nəticəsinə görə, vaksinin effektivliyi 92 faizdir. "İnsanda yaratdığı immunitetin müddəti minimum 1 il, maksimum müddət isə hələ rəsmi təsdiqlənməyib", məlumatda qeyd olunub. Вернуться назад |