Главная > Cəmiyyət / Manset > Operativ Qərargah məlumat yaydı – SON DƏQİQƏ
Operativ Qərargah məlumat yaydı – SON DƏQİQƏ14-02-2021, 16:58. Разместил: azadses |
Azərbaycanda son sutkada koronavirus infeksiyasına 128 yeni yoluxma faktı qeydə alınıb, 140 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə "Azad Səs"-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Son sutkada 2 nəfər COVID-19-dan vəfat edib. İndiyədək ölkədə ümumilikdə 232 123 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 226 654 nəfər müalicə olunaraq sağalıb, 3 180 nəfər vəfat edib. Hazırda 2 289 aktiv xəstə var. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 647, bu günə qədər isə ümumilikdə 2 501 845 test icra olunub. Вернуться назад |