Главная > Cəmiyyət > Koronavirusun dördüncü dalğası barədə XƏBƏRDARLIQ

Koronavirusun dördüncü dalğası barədə XƏBƏRDARLIQ


14-02-2021, 10:15. Разместил: azadses
İran Prezidenti Həsən Ruhani ölkənin bəzi bölgələrində koronavirus infeksiyasının artması ilə əlaqədar əhalini gözlənilən potensial dördüncü dalğa barədə xəbərdarlıq edib.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, İran lideri Xuzistanın cənub-qərb vilayətindəki bəzi şəhərləri “qırmızı bölgə” kateqoriyasına aid edib.
 
Prezident Ruhani dövlət televiziyasında çıxışı zamanı dördüncü dalğanın hər bir vətəndaş üçün ən yüksək səviyyədə xəbərdarlıq olduğunu deyib: “Bu dördüncü dalğa hərəkətin başlanğıcı deməkdir. Bunun qarşısını almaq üçün hamımız ayıq olmalıyıq”.
 
Qeyd edək ki, İranda peyvəndləmə kampaniyasına çərşənbə axşamı başlanılıb. Ölkəyə peyvəndlərin ilk dozası fevralın 4-də tədarük edilib.

Вернуться назад