Главная > Cəmiyyət > Sakinlər “Azəristiliktəchizat”dan şikayətlənir: Qurumdan rəsmi CAVAB
Sakinlər “Azəristiliktəchizat”dan şikayətlənir: Qurumdan rəsmi CAVAB13-02-2021, 16:38. Разместил: azadses |
''Azad Səs'' Oxu.Az-a istinadən xəbər verir ki, ərazidə yaşayan sakin artıq beş gündür ki, istiliyin olmadığını, bununla bağlı “Azəristiliktəchizat” ASC-nin müraciətlərinə cavab vermədiyini bildirir. Şikayətçi pandemiya şəraitində belə bir vəziyyətin qəbuledilməz olduğunu söyləyir. “Azəristiliktəchizat” ASC-nin Abonent və müştəri xidmətinin rəisi Rafiq Əliyev Oxu.Az-a açıqlamasında bildirib ki, həmin ərazi üzrə magistral istilik xəttində qəza baş verib və axıntı yaranıb: “Hazırda “Azəristiliktəchizat” ASC-nin əməkdaşları hadisə yerindədir. Müvafiq ərazi üzrə səhər saatlarında da işlər davam etdirilib. Qəzanın aradan qaldırılması istiqamətində texnika işlər görülür və borular dəyişdirilir. Axşam saatlarında işlərin yekunlaşması və istiliyin verilməsi gözlənilir”. O qeyd edib ki, hazırda qazanxana işləyir, sadəcə bir neçə binanın xətti bağlanıb. Вернуться назад |