Главная > Cəmiyyət > “Lider” TV-nin yayımı dayandırıldı

“Lider” TV-nin yayımı dayandırıldı


10-03-2020, 23:47. Разместил: azadses
“Lider” telekanalının yayımı dayandırılıb. 
Axşam.az-ın məlumatına görə, saat 22:01-də “Gecənin sehrində” adlı veriliş başlayarkən telekanalın efiri yarımçıq kəsilib.  
Məsələ ilə bağlı təfərrüatlar hələlik bəlli deyil. Uzun müddətdir telekanalda ciddi maliyyə problemləri yaşanırdı. 
Qeyd edək ki, “Lider” telekanalı 2000-ci ildən fəaliyyət göstərirdi. Kanalın rəhbəri Ədalət Əliyevdir. 


Вернуться назад