Главная > Cəmiyyət > Bakıda avtobusdan külli miqdarda pul tapıldı - FOTO

Bakıda avtobusdan külli miqdarda pul tapıldı - FOTO


13-02-2021, 09:02. Разместил: azadses
Fevralın 11-də “Xaliq Faiqoğlu” şirkətinin istismarında olan 199 saylı marşrut xətti üzrə hərəkət edən 99 JL 484 dövlət qeydiyyat nişanlı avtobusda sərnişinlərdən biri içərisində 2000 ABŞ dolları, 68 manat, sənədlər və digər əşyalar olan çantasını itirib.

''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bu barədə müraciət daxil olan kimi şirkətin əməkdaşları tərəfindən lazımı araşdırmalar aparılıb və kamera görüntüləri yoxlanılıb. Çanta operativ şəkildə aşkarlanaraq sahibi X.Zeynalovaya təqdim edilib. Həmçinin hadisənin baş verdiyi avtobusun sürücüsü və sərnişinlə görüş keçirilib.

Onlara şirkət adından hədiyyələr təqdim edilib.

Вернуться назад