Главная > Cəmiyyət > “Məcburi köçkünlər öz ərazilərinə gedənədək imtiyazları qalacaq” - ŞAD XƏBƏR

“Məcburi köçkünlər öz ərazilərinə gedənədək imtiyazları qalacaq” - ŞAD XƏBƏR


12-02-2021, 11:52. Разместил: azadses
“Məcburi köçkünlər öz ərazilərinə gedənədək onların məcburi köçkün statusu götürülməyəcək”.

''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Musa Quliyev deyib.

Deputat bildirib ki, bütün imtiyazları da olduğu kimi qalacaq: “Heç kim bu kimi fikirləri yaymağa çalışmasın. Onların övladlarının da məcburi köçkün statusu götürülməyəcək. Onların övladlarının təhsil haqqını dövlət qarşılayacaq”.

Вернуться назад