Главная > Cəmiyyət / Manset > Deputat idman zallarının açılması üçün ÇAĞIRIŞ ETDİ

Deputat idman zallarının açılması üçün ÇAĞIRIŞ ETDİ


12-02-2021, 11:29. Разместил: azadses
"Azərbaycanda idman zalları bir ilə yaxındır ki, bağlıdır. Halbuki dünyanın bir çox ölkəsində pandemiya olsa da, idman zalları açıqdır".

''Azad Səs'' Sonxeber.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Fazil Mustafa Nazirlər Kabineti yanında operativ qərargahın idman zallarının açılması ilə bağlı qərar verməməsinə münasibət bildirərkən deyib.

"İdman zalları açılsa, nə olacaq? Orada yoluxma çoxalacaq? Xeyr",- deyə o əlavə edib.

Millət vəkili qeyd edib ki, Azərbaycanda bir çox sahələrdə bahalaşma müşahidə olunur, amma bəzi sahələrin fəaliyyətinə hələ də icazə verilmir:

"Bu, problemlər yaradır, bir çox sahələr açılmalıdır ki, sahibkarlar işi ilə məşğul olsun", - deyə F.Mustafa bildirib.


Вернуться назад