Главная > Cəmiyyət > Azyaşlıları peyvənd edilmədən koronavirusdan necə qorumaq olar? - AÇIQLAMA

Azyaşlıları peyvənd edilmədən koronavirusdan necə qorumaq olar? - AÇIQLAMA


11-02-2021, 16:13. Разместил: azadses
“Koronavirus (COVID-19) mutasiya edir və bu, çoxsaylıdır. Bu mutasiyalar yenə baş verəcək”.
''Azad Səs'' Oxu.Az-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib. 
Onun sözlərinə görə, bu zaman virusun xüsusiyyətləri dəyişə bilər:
“Yeni mutasiya olunmuş virusa yoluxan uşaqların xəstəliyi necə keçirməsi insanları narahat edir. Yeni mutasiyalarda yoluxma sürətinin artması sübut olunub. Amma xəstəliyin ağırlaşması, ölüm hallarının artması və sair kimi fikirlər öz təsdiqini tapmır”.
Baş infeksionist qeyd edib ki, uşaqlar arasında vaksinasiya prosesi aparılmır:
“Çünki onlar risk qrupuna aid deyil. Vaksinlərin təhlükəsizliyi və effektivliyi uşaqlar arasında öyrənilməyib. Burada sadə qaydalara əməl edilməsi, əllərin yuyulması, qoruyucu vasitələrdən istifadə edilməsi vacibdir. Belə yolla uşaqlar arasında xəstələnmə hallarını müəyyən qədər məhdudlaşdıra bilərik”.

Вернуться назад