Главная > Cəmiyyət > Operativ Qərargah məlumat yaydı – SON DƏQİQƏ
Operativ Qərargah məlumat yaydı – SON DƏQİQƏ11-02-2021, 15:39. Разместил: azadses |
Azərbaycanda son sutkada koronavirus infeksiyasına 140 yeni yoluxma faktı qeydə alınıb, 205 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə "Azad Səs"-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Son sutkada 3 nəfər COVID-19-dan vəfat edib. İndiyədək ölkədə ümumilikdə 231 649 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 226 119 nəfər müalicə olunaraq sağalıb, 3 170 nəfər vəfat edib. Hazırda 2 360 aktiv xəstə var. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 315, bu günə qədər isə ümumilikdə 2 478 223 test icra olunub. Вернуться назад |