Главная > Cəmiyyət > Azərbaycanda açıq havada maska taxmaqla bağlı VACİB XƏBƏR

Azərbaycanda açıq havada maska taxmaqla bağlı VACİB XƏBƏR


11-02-2021, 14:36. Разместил: azadses
Nazirlər Kabineti yanında Operativ Qərargahın noyabrın 19-da imzaladığı qərara əsasən, Azərbaycanda açıq və qapalı məkanlarda tibbi maskalardan istifadə məcburi olub. Bəzi vətəndaşlar açıq havada tibbi maskanın mənasız olduğunu, oksigenin insan orqanizmi üçün vacib amil olduğunu bildirirlər.

Bəs açıq havada maskadan istifadə nə vaxt dayandırılacaq? 

Redaktor.az açıqlama verən millət vəkili Azər Badamov bildirib ki, vaksinasiya bitənə qədər həm açıq, həm də qapalı məkanlarda maska taxmaq məcburi olacaq:

“Son günlər yoluxmalarda azalmalar müşahidə edilir. Bu o demək deyil ki, biz tibbi maskadan imtina etməliyik. Maskalardan istifadə edərək həm özümüzü, həm də ətrafımızı qorumuş oluruq”.

Məsələ ilə bağlı terapevt Məlahət Hümmətqızı isə bildirib ki, xəstəlikdən qorunmağın ən yaxşı yolu hər bir şəxsin özünü izolyasiya etməsidir:

“İnsanlar yorulublar, beziblər, lakin bu gün yoluxma sayının azalması maskanın sayəsinədir. Həkim kimi öz fikrimi deyə bilərəm ki, açıq havada insan tək yol gedirsə, maska taxmağa ehtiyac yoxdur. Tək deyilsə, kütləvi yerlərdən birinə daxil olubsa, mütləq şəkildə maskadan istifadə etməlidir.

Tibb işçilərinə vaksinlərin vurulmasının ilkin mərhələsi uğurla başa çatdı. İkinci mərhələdə 65 yaşdan yuxarı şəxslərə vaksinlər vurulacaq. Vaksinasiya sona çatdıqdan sonra açıq havada tibbi maskadan istifadə ləğv edilə bilər”.

Вернуться назад