Главная > Cəmiyyət > "ASAN xidmət"ə ən çox hansı xidmətlər üzrə müraciətlər edilir?
"ASAN xidmət"ə ən çox hansı xidmətlər üzrə müraciətlər edilir?11-02-2021, 09:04. Разместил: azadses |
Hesabat dövrü ərzində "ASAN xidmət" mərkəzlərində vətəndaşlara 3 026 699 hazır sənəd təqdim edilib. ''Azad Səs'' "Report"-a istinadən xəbər verir ki, bu, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 2020-ci il üzrə hesabatında öz əksini tapıb. Bildirilib ki, hesabat dövründə “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinə daxil olan ən çox müraciət Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunan xidmətlər üzrə qeydə alınıb (2 064 236 müraciət – 39,4%). Növbəti ən çox müraciət isə Ədliyyə Nazirliyi tərəfindən təqdim olunan notariat fəaliyyəti (716 988 müraciət) və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı (443 056 müraciət) xidmətləri (ümumilikdə 20,2 %), habelə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən təqdim olunan xidmətlər (295 332 müraciət – 5,6%) üzrə qeydə alınıb. “ASAN Kommunal” mərkəzlərində xidmətlərə ən çox müraciət “Azəriqaz” İB tərəfindən göstərilən xidmətlər üzrə qeydə alınmışdır (133 395 müraciət – 39,7%). Növbəti ən çox müraciət isə “Azərişıq” ASC (66 310 müraciət – 19,8%) tərəfindən təqdim olunan xidmətlər üzrə qeydə alınıb. Вернуться назад |