Главная > Cəmiyyət > İdman zalları mart ayından açıla bilər - MİLLƏT VƏKİLİ

İdman zalları mart ayından açıla bilər - MİLLƏT VƏKİLİ


10-02-2021, 16:15. Разместил: azadses
Nazirlər Kabinetinin müfaviq qərarı ilə yanvarın 18-dən etibarən mərhələli şəkildə kafe və restoranların, bərbərxana və gözəllik salonlarının, muzey və sərgi zallarının fəaliyyətinə icazə verilib. Lakin idman zallarının açılması yenidən təxirə salınıb. 

Bakı Karate-do Akademiyasının rəhbəri, karate-do və hərbi döyüş çoxnövçülüyü üzrə 3 qat dünya çempionu Vüsal Abdullazadə Redaktor.az-a açıqlamasında bildirib ki, Operativ Qərargahın qərarlarında  idmançılar nəzərə alınmır.

“Virus bütün sahələrdə olduğu kimi, idman ictimaiyyətinə də ciddi ziyan vurub. Artıq 1 ilə yaxındır ki, idmançılar həm psixoloji həm də maddi sarsıntı keçirdir. Məşqçilər və onların yetirmələri maddi sıxıntılarla bərabər fiziki və sağlamlıq baxımından günü-gündən zəifləyirlər. Türkiyədə, Rusiya, Ukrayna başqa dövlətlərdə pandemiya dövründə belə idman zallarına məhdudiyyətlər qoyulmayıb. Bu, çox gözəl bir addımdır. İdmanın inkişafı ən mühüm sahələrdən biridir. İdman zallarının bağlı qalması isə idmanın inkişafına zərər vruru". 

Məsələ ilə bağlı saytımıza açıqlama verən millət vəkili Müşfiq Cəfərov is bildirib ki, bir neçə gün qabaq Milli Məclisin iclasında ilk növbədə olimpiya və qeyri-olimpiyaya növlərinə aid idman zallarının açılmasının, daha sonra insanların istifadə etdiyi fitnes klublar, üzgüçülük hovuzlarının Operativ Qərargahın qoyduğu tələblər  əsasında fəaliyyətə başlaması təklif edilib:

“Havalar mülayimləşməyə doğru getdiyi üçün mart ayından açıq havada  müxtəlif idman növlərini keçirtmək mümkün olacaq. Hesab edirəm ki, fitnes zallarının və üzgüçülük hovuzlarınn açılması ciddi şəkildə düşünülməli, mərhələli şəkildə həyata keçirilməlidir. Tədris mərkəzlərində, iaşə obyektlərdə qoyulan gigeynik sanitar qaydalar da nəzərə alınmalıdır”.

Вернуться назад