Главная > Cəmiyyət / Manset > Operativ Qərargah məlumat yaydı – SON DƏQİQƏ
Operativ Qərargah məlumat yaydı – SON DƏQİQƏ10-02-2021, 15:59. Разместил: azadses |
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 147 yeni yoluxma faktı qeydə alınıb, 236 nəfər müalicə olunaraq sağalıb. Bu barədə "Azad Səs"-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 231 509 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 225 914 nəfər müalicə olunaraq sağalıb, 3 167 nəfər vəfat edib. Hazırda 2 428 aktiv xəstə var. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 298, bu günə qədər isə ümumilikdə 2 470 908 test icra olunub. Вернуться назад |