Главная > Cəmiyyət / Manset > Azərbaycanda karantin rejimi nə zaman ləğv ediləcək? - AÇIQLAMA
Azərbaycanda karantin rejimi nə zaman ləğv ediləcək? - AÇIQLAMA10-02-2021, 11:58. Разместил: azadses |
Azərbaycanda koronavirusla bağlı pandemiya günbəgübün stabilləşməyə doğru gedir. Hazırda gündəlik yoluxanların və ölənlərin sayında azalma dinamikası davam edir. Belə ki, yanvarın 9-da koronavirus (COVID-19) infeksiyasına 164 yeni yoluxma faktı qeydə alınıb, 330 nəfər müalicə olunaraq sağalıb.COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib. Bu gün hər kəsi maraqlandıran sual Azərbaycanda karantin rejiminin nə zaman ləğv ediləcəyidir. Bununla bağlı Sonxeber.az-n sualını cavablandıran deputat İqbal Məmmədov bildirib ki, bu gün Azərbaycanda gündəlik koronavirusa yoluxanların və ölənlərin sayında müsbət dinamika davam edir: "Hazırda ölkəmizdə pandemiya ilə bağlı vəziyyət yaxşılığa doğru gedir. Əlbəttə, bu müsbət dinamika dövlətimiz tərəfindən zamanında görülən tədbirlər və insanlarımızın Operativ Qərargah tərəfindən qoyulan qaydalara əməl etməsi nəticəsində əldə edilir. Sevindirici haldır ki, insanlarımız koronavirusla mübarizədə qoyulan 3 qızıl qaydaya əməl edirərək dövlətmiz tərəfindən görülən tədbirlərə öz dəstəyini göstərməkdədir. Bilirsiniz ki, yanvarın 18-dən ölkəmizdə vaksinasiyaya başlanılıb. Vaksinasiyanın da pandemiyaya müsbət nəticəsinin olacağı gözlənilir". Deputat qeyd edib ki, ölkəmizdə karantin rejiminin nə zaman ləğv ediləcəyinə bu bardə qərar vermək Operativ Qərargahın səlahiyyətindədir: "Operativ Qərargah tərəfindən mövcud vəziyyət, yoluxanların və ölənlərin sayı analiz edildikdən sonra düzgün qərar veriləcəkdir. İnanıram ki, vətəndaşlarımız Vətən müharibəsində göstərdiyi həmrəyliyi gözlə görünməyən düşmənimizlə də mübarizədə sərgiləyəcək və tezliklə bu xəstəlikdən canımızı qurtaracağıq. Bunun üçün də insanlarımızın yumşalmalardan sonra da bugünkü kimi Operativ Qərargahın qoyduğu 3 qızıl qaydaya əməl etməsi vacibdir. Əgər əvvəlki aylarda olduğu kimi yumşalmalardan sonra arxayın olub, qaydalara əməl edilməsə yoluxanların və ölənlərin sayında yenidən artım ola bilər. Bu da yenidən karantin rejimində sərtləşmələrə səbəb olacaq. Əlbəttə bunu heç birimiz arzulamırıq. Çünki bu gün biz bütün fikrimizi 30 ildir həsrətində olduğumuz Qarabağın yenidən qurulmasına və abadlaşdırılmasına yönəltməliyik". Вернуться назад |