Главная > Cəmiyyət > Bu ərzaq məhsullarının qiyməti bahalaşdı

Bu ərzaq məhsullarının qiyməti bahalaşdı


9-02-2021, 16:09. Разместил: azadses
Dövlət Statistika Komitəsi 2021-ci ilin yanvar ayına olan istehlak qiymətləri indeksi barədə məlumat yayıb. 

''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, 2021-ci ilin yanvar ayında 2020-ci ilin yanvar ayına nisbətən istehlak qiymətləri indeksi 103,3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 104,6 faiz, qeyri-ərzaq məhsulları üzrə 103,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 101,3 faiz təşkil edib. 2021-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,2 faiz təşkil etmişdi. 

2021-ci ilin yanvar ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,4 faiz təşkil edib.

Вернуться назад